Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təxili olaraq xəstəxanaya çatdırılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.
ONN media
[embed]http://www.youtube.com/watch?v=zXeaqmFVuGw[/embed]



Hacıqabulda yol qəzası
Bakı-Quba yolunda ağır yol qəzası baş verib
Bakıda təmir olunan yolda ağır qəza baş verib
Ödənişli yolda ağır yol qəzası baş verib
Bakı-Quba yolunda ağır yol qəzası baş verib
Bakı- Sumqayıt yolunda qəza baş verib
Bakı-Sumqayıt yolundakı yeni körpüdən XƏBƏR VAR
Bakı-Sumqayıt yolunda avtomobil belə aşdı
Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ qəza
Bakı-Quba yolunda ağır qəza olub
Bakıda “Kamaz” dəmir yoluna aşdı - Qatarların hərəkəti dayandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 