Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Yayılan görüntülərdə nəqliyyat vasitəsinin aşdığı görünür.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında qəzanın ötən gün səhər saat 10 radələrində baş verdiyini qeyd edib:
"Hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsinin Şabran rayonu ərazisindən keçən hissəsində (123-cü kilometrlikdə) qeydə alınıb. Bakı şəhər sakini 1989-cu il təvəllüdlü xanım sürücü idarə etdiyi "KIA Sportage" markalı 99-TA-076 dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarındakı beton maneəyə çırpıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 2017-ci il təvəllüdlü sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır"



Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Bakı-Quba yolunda ağır yol qəzası baş verib
Ödənişli yolda veteranlar üçün güzəşt var?
Bakı-Quba yolunda ağır qəza olub
Salyanda avtobus aşıb- YARALILAR VAR
Ödənişli yolda maksimum sürət həddi NECƏ OLACAQ?
Bakıda yük maşını körpüdən aşdı - VİDEO
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq - Sabah saat 06:00-dan...
“BMW” dəhşətli qəzaya düşdü - YARALILAR VAR
Bakı-Quba yolunda yük maşını aşıb
Ağdaşda ağır qəza: sürücü öldü
Qar hansı yolları bağlayıb? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 