İyulun 9-da Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Qurban bayramı islam aləminin əziz iki bayramından biri hesab olunur. Bu bayramın mahiyyəti paylaşmaq, yaxınlaşmaqdır.
Bəs görəsən, İslam dininin qurbanı kimlərin kəsə bilməsi, kimlərə paylanılması barədə hökmü nədir?
ONN media-nın məlumatına görə, ilahiyyatçı Təyyar Hüseynli bildirib ki, Qurban kəsmək maddi durumu yaxşı olan və rahatlıqla qurbanı kəsməsi mümkün olan insanlar üçün məsləhət görülür.
“Həcc ziyarətində qurban kəsmək vacib göstərişdir. Amma Həccdən kənar dünya müsəlmanlarının qurban kəsməsi vacib göstəriş deyil. Allah İbrahim peyğəmbərə (ə.s) təklif etmişdi ki, bunu mənə qaytararsanmı? O da dostluq sınağından üzüağ çıxdı. Bununla da, insandan qurban olmaz mesajı verildi. Bu da islam dinin humanizmindən insana, verilən dəyərdən qaynaqlanır”.
İlahiyyatçı deyib ki, maddi imkansızlığı üzündən qurban kəsə bilməyən insanların borcla qurban kəsməsi bəyənilmir:
“İnsan var, qurban kəsə bilməməsini kompleks hesab edir. Borca-xərcə girib qurban kəsmək bəyənilmir. Bayramın fəlsəfi odur ki, bayram ərəfəsində islam dünyası yardımlaşsın. Rahatalıqla qurban kəsə bilənlər öz kəsdiklərini ətrafdakılarla paylaşsın. Bununla sevgi, dostluq, qardaşlıq yaransın. Maddi imkan olmayanlar şərikli də qurban kəsə bilər. Paylaşma yaxınlardan başlayır. Əsas odur, qurban bölgüsü ədalətli olmalıdır. Kəsilən qurbanın bütün nayihələrindən verilməlidir”.
Təyyar Hüseynli onu da əlavə edib ki, qurbanlıq ətlərin verilməsinə diqqət olunmalıdır:
“Verilən ət paylarını spirtli içkilərlə qəbul edənlər, ona bir neçə istiqamətdə pay verilən insanlar da olur. Pullu adamlara və başqalarından qurban payı alan insanlara yenidən ət vermək olmaz.
Əvvəldən niyyət edilmiş qurbanları qurban bayramında kəsmək olmaz. Bayramda kəsiləcək qurbanlar tamam fərqli təyinatdadır. Mina dağında kəsilməli olan qurbanları buna aid etmək olmaz”. Yenisabah.az



Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Azərbaycanda Qurban bayramı nə vaxt qeyd ediləcək?
Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - AÇIQLAMA
Azərbaycanda Qurban bayramı nə vaxtdır?
Azərbaycanda Qurban bayramı qeyd olunur
İlham Əliyevdən Qurban bayramı paylaşımı
Orduda Qurban Bayramı belə qeyd olundu
Prezident Qurban Bayramı ilə bağlı təbrik ünvanlayıb
Qurban kəsənlər bunları bilməlidir
Qurban bayramı qəzaları - 5 mindən çox yaralı
Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı MÜHÜM XƏBƏR
QTA qurban kəsmək istəyənlərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 