Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok” deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir. Bioloji Təbabət klinikanın fizioterapiya şöbəsinin rəhbəri, həkim Süleymanova Ülviyyə Medicina.az-a açıqlamasında bunları bildirib. "Uşaq 6 aylıqdan iməkləməlidir. Usağın evdə "xodunok”a qoyulması, guya anaların işini yüngülləşdirir. Uşaq yeriməyi tez öyrənir. Bu isə təbiətin və fiziologiyanın qanunlarına ziddir. Uşaq iməkləyəndə əlləri və dizləri üstə qalır, bu zaman boynunu, başını məcburi yuxarı vəziyyətdə tutur. Bu hərəkətlər zamanı körpənin bütün onurğa əzələləri tarıma çəkilir, əzələ bərkiyir. Artıq uşaq yeriməyə başlayanda onurğa və əzələ sistemi hazır vəziyyətə gəlir. Onurğa problemi olan azyaşlı xəstələrimin analarının 95% faizi etiraf edib ki, uşaq iməkləmədən "xodunok”a qoyulub. Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır. "Xodunok” uşaqlarımızın bütün əzələ, oynaq, bel, onurğa sistemini pozur. Bundan sonra çanaqda assimetriya yaranır, istər-istəməz əzələnin birtərəfli əyriliyi baş verir. Gələcəkdə ostexondroz və disk yırtıqları qaçılmazdır. Mən düzü bilmirəm ki, bu "xodunok”u kim icad edib, niyə analar buna qaçır? Uşağa iməkləməyə və gəzməyə, heç nədən tutmadan ayaqda durub sərbəst gəzməyə imkan yaratmaq lazımdır. Uşaq təzə-təzə addımlarını atanda evdə rahat gəzməsi, yıxılmaması və ya evdəkilərə mane olmayıb, təhlükəsizliyi üçün "xodunok”dan istifadə etmək olar. Amma bu da uzunmüddətli olmamalıdır. Çünki xodunokda uşağın beli yorulanda uşaq yerə çöməlib oturmaq istəyir, lakin bunu da edə bilmir. Bir sözlə, valideynlər özləri də bilmədən, uşaqların gələcəyinə ağır problemlər yaradır”.
Həkimdən dəhşətli xəbərdarlıq - Bunu etmək ziyandır



Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar
Skoliozu aşkarlamanın 8 YOLU
Bel ağrısından yata bilmirsinizsə SİZDƏ BU XƏSTƏLİK VAR
Körpənin yatağı necə olmalıdır? - VACİB QAYDALAR
Məktəbli çantalarının ağırlığının hansı fəsadları var?
Onurğa beyinin zədəsi - diaqnoz və müalicə
Qarın üstə yatmaq niyə olmaz?
Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları
Bel ağrılarının SƏBƏBLƏRİ
Koronavirusun yeni qurbanları - UŞAQLAR
"Uşağı şirin çayla böyütmək olmaz!" — Pediatr məsləhəti
MARAQLI OLAY: Xəstəxanada oğlun doğulub dedilər, evə gələndə uşaq qız çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 