Ötən gecə Azərbaycan ərazisində Ayın görünməsi mümkünsüzdür.
ONN media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli sosial şəbəkələrdə ötən gecə Ayın göründüyü və bu səbəbdən bu gün Ramazan bayramı olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib. O, müsəlmanların bu gün də oruc tutmağa davam etməli olduğunu söyləyib:
“Azərbaycanda bu məsələlərlə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Rəsədxanası məşğul olur. Qafqaz Müsəlmanları İdarəsi elmi müşahidələrə əsaslanır, eyni zamanda, dini qaydalarla elmi qanunların uzlaşdırılması nəticəsində bu məsələyə münasibət bildirilir. Həmin məsələ ilə məşğul olan komissiyanın üzvlərindən biri də mənəm. Azərbaycan ərazisində Ayın görünməsi ilə bağlı müşahidələr aparılır. Dünən axşam ölkə ərazisində Ayın görünməsi mümkünsüzdür. Azərbaycan ərazisində Ayın bu gün axşam görülməsi ehtimalı çox yüksəkdir. Bütün elmi proqnozlar da bunu təsdiq edir”.
İlahiyyatçı həmçinin yerləşdiyi coğrafi mövqedən asılı olaraq başqa müsəlman ölkələrində Ayın görünməsinin fərqli zamanlara təsadüf edə biləcəyini, buna görə də 10 islam ölkəsində bu gunun bayram kimi qeyd edilməsinin dinə uyğun olduğunu da qeyd edib.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzairdə bu gün Ramazan bayramı qeyd olunur.



Azərbaycanda ayın görünəcəyi vaxt açıqlandı – RƏSMİ
İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq — AÇIQLAMA
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Hacı Şahin harada dəfn olunacaq?
Hacı Şahinin dəfnində izdiham yaşanıb
Azərbaycanda Ramazan bayramı namazı necə qılınacaq? - AÇIQLAMA
Hacı Şahinin anım mərasimi keçirilir
Sabah Ramazan ayı başlayır
Azərbaycan məscidlərində bayram namazı qılındı
Hacı Şahin Həsənli: "Məscidlərin açılmasını hamıdan çox arzulayırıq, amma..."
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Bayram namazı qılındı - Azərbaycanda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 