Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz. Onda limonda olduğundan da çox C vitamini var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir. A, E, PP və B qrup vitaminləri ilə zəngindir. Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var. Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur. Medicina.az əvəliyin bilmədiyiniz 10 faydasını təqdim edir. Bol -bol yesəniz bu problemlərinizə təbii çarə edə bilərsiniz. 1. Askorbin turşusu olduğundan qan damarlarının keçiriciliyini yaxşılaşdırır, qanı qovur, beynin işini aktivləşdirir 2. A vitamini bol olduğu üçün gözlərdə itiliyi artırır 3. B qrup vitamini ilə zəngindir, ona görə sinir, əsəb sistemini möhkəmləndirir, stress, yuxusuzluq, xroniki yorğunluq, nevrozda yeyilməlidir 4. Dəmirlə zəngindir, qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır, qanazlığında çox yeyilməlidir 5. Döyülmüş yarpaqları və şirəsi dəri zədələnməsi, yanıq, yara, səpki, sızanaqda çəkilir. 6. Əvəlik sümük, dırnaq və dişləri möhkəmlədir. Kollagenlə təmin edir. Sümükləri uzadır. 7. Ürək üçün vacibdir. Orqanizmdə maye balansını təmin edir. Ürək-damara təzyiqi azaldır. İnfarkt və işemik xəstəlik riskini azaldır 8. Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə olunur. 9. Şəkərli diabet riskini azaldı, mədəaltı vəzinin işini normallaşdırır. 10. Mədədə köp, qəbizlik zamanı işlədici kimi istifadə edilir. İshalın da qarşısını alır. Kimlərə olmaz Podaqrası olanlar, böyrəklərində daş olanlar, mədə-bağırsağınnda yara olanlar ehtiyatlı olmalıdır. Əvəlik bədəndən artıq mayeni qovub çıxartdığı üçün, sidikqovucu təsir olduğu üçün, böyrəklərdən daşı tərpədə bilər. Eləcə də duz mübadiləsini poza bilər. Hamilələrə də qəti olmaz.
Azərbaycanda bitən bu bitki VİTAMİN BOMBASIDIR



Siqaret çəkənlərin DİQQƏTİNƏ- Mütləq oxuyun
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
Sağlam saxlayır, dərini gözəlləşdirir və...
Gənc dərinin və sağlam saçların SİRRİ
Yaddaşı gücləndirir, sinirləri qoruyur... - ŞABALIDIN BİLMƏDİYİNİZ FAYDALARI
Beyinin sağlamlığı üçün bu vitamindən istifadə edin
Ürək və damarların ən böyük dostu
Yaddaşı gücləndirir, sinirləri qoruyur... – ŞABALIDIN BİLMƏDİYİNİZ FAYDALARI
Hansı 11 yay meyvəsi arıqlamağa yardım edir?
Hansı sitrus meyvəsi ən faydalıdır?
Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin - FAYDALARI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 