ONN İnformasiya Agentliyi

Abşeronda dəhşət- 5 yaşlı qıza…

Abşeronda dəhşət- 5 yaşlı qıza…
24 Sentyabr 2019 - 16:19
Abşeron rayonunda beş yaşlı qıza təcavüz etməkdə günahlandırılan gənc saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Masazır kəndində 18 yaşlı E.A. polis tərəfindən yaxalanıb və  istintaqa təhvil verilib. Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 150-ci (Cinsi Zorakılıq) maddəsi ilə cinayət işi açıb. Hazırda cinayətin təfərrüatı araşdırılır.
Qeyd edək ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da baş verib. Bu ilin sentyabr ayının 18-də yeddi yaşlı qıza qarşı seksual zorakılıq olunub. Cinayətdə zərərçəkənin valideynlərini ziyarətə gələn qohumu ittiham olunur.
Faktla bağlı hazırda Suraxanı Rayon Prokurorluğu araşdırma aparır. Hələlik məsələ ilə bağlı heç kim saxlanılmayıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png