ONN İnformasiya Agentliyi

Azərbaycanda karantin rejimini pozan 3 nəfər HƏBS EDİLDİ

Azərbaycanda karantin rejimini pozan 3 nəfər HƏBS EDİLDİ
02 Aprel 2020 - 19:53

Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

ONN media xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən yararlanmağı məsləhət görürlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunauyğun tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 109 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Daha 3 şəxs rayon məhkəməsinin qərarı ilə 10 gün müddətində inzibati həbs edilib.

Qeyd edək ki, tərtib edilən protokollardan 58-i (53,2%) yerində ödətdirilib, 4 nəfər barəsində isə tərtib edilən protokola baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png