ONN İnformasiya Agentliyi

Bakı- Şamaxı yolunda qəza olub

Bakı- Şamaxı yolunda qəza olub
12 Aprel 2024 - 21:20

Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Müəyyən olunub ki, VAZ-2107 markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik maşınının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Kamil Ceyfun oğlu Baxışovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.  

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png