ONN İnformasiya Agentliyi

Bakıda ağır yol qəzası baş verib- Xəsarət alanlar var

Bakıda ağır yol qəzası baş verib- Xəsarət alanlar var
25 Mart 2024 - 23:40

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Fətəli xan Xoyski ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota Prius”, “Chevrolet” və 67 nömrəli marşrut avtobusu toqquşub.

Bir nəfər yüngül xəsarət alıb.

Qəza səbəbindən yolda sıxlıq müşahidə edilib.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Hadisənin təfərrüatı araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png