ONN İnformasiya Agentliyi

Bakıda ağır yol qəzası baş verib

Bakıda ağır yol qəzası baş verib
12 Mart 2024 - 22:53

Bakının Xətai rayonu, Xocalı prospektində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

ONN media xəbər verir ki, “Baku Bus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png