ONN İnformasiya Agentliyi

Bakıda avtobus qəzaya düşdü: yaralı var

Bakıda avtobus qəzaya düşdü: yaralı var
23 Sentyabr 2019 - 13:16

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 nömrəli avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

“Qəza zamanı bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.

Agentlikdən bildirilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza kimi təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png