ONN İnformasiya Agentliyi

Bakıda çoxmərtəbəli binada yanğın oldu

Bakıda çoxmərtəbəli binada yanğın oldu
18 Fevral 2020 - 14:40
Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə,  “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan üç otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png