ONN İnformasiya Agentliyi

Bel ağrısından əziyyət çəkən kişi Masallı polisini ayağa qaldırdı və…

Bel ağrısından əziyyət çəkən kişi Masallı polisini ayağa qaldırdı və…
19 Avqust 2019 - 20:52

Avqustun 18-də, saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

ONN media xəbər verir ki, araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb.

O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbiləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb. (qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png