ONN İnformasiya Agentliyi

Bu rayonda sel təhlükəsi hələ də davam edir – FAKTİKİ HAVA

Bu rayonda sel təhlükəsi hələ də davam edir – FAKTİKİ HAVA
07 İyun 2023 - 16:52

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png