ONN İnformasiya Agentliyi

Cəlilabadda ağır qəza

Cəlilabadda ağır qəza
29 Sentyabr 2019 - 12:14

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png