ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY- Goranboyda tövlə yandı- Heyvanlar tələf oldu

DƏHŞƏTLİ OLAY- Goranboyda tövlə yandı- Heyvanlar tələf oldu
14 Mart 2024 - 23:34

Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın olub.

ONN media-nın məlumatına görə, M.Məmmədova məxsus təsərrüfatda olan tövlə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr sahəsi olan tövlə yanıb, 230 baş qoyun-quzu tələf olub.

Təsərrüfat sahibinə xeyli zərər dəyib.

Yanğının səbəbləri araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png