ONN İnformasiya Agentliyi

“Dost qapısı”nın qapıları BAĞLANDI

“Dost qapısı”nın qapıları BAĞLANDI
06 İyul 2020 - 23:09

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

ONN media  xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2 000 manat, digərləri 200 manat cərimə olunublar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png