ONN İnformasiya Agentliyi

Ermənilər Qa­zaxda ekskavato­ru atə­şə tutub – Sürücü HƏLAK OLUB

Ermənilər Qa­zaxda ekskavato­ru atə­şə tutub – Sürücü HƏLAK OLUB
02 Oktyabr 2019 - 19:46

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

Döv­lət Sərhəd Xidmətindən ONN media -ya verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­mış­dır.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­mış­dır.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurul­muş­­dur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png