ONN İnformasiya Agentliyi

Lənkəranda DƏHŞƏTLİ QƏTL – Evinə gələn qonağı…

Lənkəranda DƏHŞƏTLİ QƏTL – Evinə gələn qonağı…
12 Noyabr 2019 - 18:48
Lerik rayon sakinini öldürməkdə təqsirləndirilərək məhkum olunan Tələt Dadaşov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

ONN media xəbər verir ki, Ali Məhkəməyə müraciət edən Tələt Dadaşov ona daha yüngül cəza çıxarılmasını istəyir.

Onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə noyabr ayının 26-da keçiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə 2018-ci ilin martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M. Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T. Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirildiyi, meyitinin isə zirzəmidə basdırıldığı müəyyən edilib.

M. Babayevin meyiti ekshumasiya edilib.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T. Dadaşov tutulub və barəsində həbs-qətimkan tədbiri seçilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png