ONN İnformasiya Agentliyi

Qayınanasına görə özünü yandırdı

Qayınanasına görə özünü yandırdı
14 May 2020 - 23:35

Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.

ONN media  xəbər verir ki, Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, 37 yaşlı Cəbrayıl rayon sakini Baxışov Anar Qurban oğlu qayınanası, Kürdəmir rayon Ərşəli kənd sakini İsgəndərova Şəlalə Dostumalı qızı ilə mübahisə edib. Bu zaman Anar Baxışov qəsd məqsədilə üzərinə benzin tökərək özünü yandırıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər A.Baxışova bədənin çoxsaylı termiki yanığı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png