ONN İnformasiya Agentliyi

Qış parkı yaxınlığında güclü yanğın baş verib

Qış parkı yaxınlığında güclü yanğın baş verib
29 İyun 2022 - 8:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

ONN media bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png