ONN İnformasiya Agentliyi

Qubada maşın çaya düşdü –5 yaralı

Qubada maşın çaya düşdü –5 yaralı
26 Noyabr 2017 - 16:49

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.

ONN media APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib.

Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü – 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png