ONN İnformasiya Agentliyi

Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi

Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi
06 Dekabr 2019 - 23:35
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

ONN media Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 67 m² olan 4 otaqlı mənzilin 2 otağında 2 ədəd yataq dəsti, digər otağında 1 ədəd xalça və 2 m² sahədə döşəmə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png