ONN İnformasiya Agentliyi

Yük maşını kafeyə girdi: 2 ölü, 5 yaralı

Yük maşını kafeyə girdi: 2 ölü, 5 yaralı
08 Noyabr 2017 - 7:38

Türkiyənin Düzcə vilayətinin Kaynaşlı mahalında magistral yolla sürətlə irəliləyən kimyəvi maddə daşıyan yük avtomobili idarəetməni itirərək qəhvəxanaya girib.

ONN media xəbər verir ki, 2 nəfər hadisə yerindəcə ölüb, 5 nəfər isə ağır yaralanıb.

Belə ki, yük maşını qarşısına çıxan mikroavtobusu da bir neçə metr sürüyüb.

Düzce valisi Zülfiq Dağlının sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması, yaxud da maşının əyləc sisteminin anidən sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png