Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.
Sabah Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 10-15° isti olacaq.
Yuxarı Qarabağ rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
Fevralın 5-də Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacaq.
Şimal və şimal-qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti təşkil edəcək.
Sabah Mərkəzi-Aran rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
Cənub bölgəsində hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.



Sabahın havası açıqlandı
Bayram günləri ölkədə hava necə olacaq? - PROQNOZ
Sabah hava necə olacaq? - PROQNOZ
Sabah hava küləkli olacaq
Bazar günü hava necə olacaq?
Həftənin ilk iş günü hava necə olacaq?
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Sabah HAVA necə olacaq?
Sabahın havası açıqlandı
Sabahın HAVASI
Həftənin ilk günü hava necə olacaq?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 