Koronavirusdan qorunmaq üçün maska istifadəsi, gigiyena qaydalarına və sosial məsafəyə diqqət yetirmək tövsiyə olunur. Bəs ağız gigiyenası haqqında nə demək olar? ONN media xəbər verir ki, İngiltərədə aparılan araşdırmada ağız yaxalayıcısının insanları koronavirusdan qoruya biləcəyi qənaətinə gəlinib. Araşdırma Kardiff Universiteti tərəfindən aparılıb. Koronavirus bəzi kimyəvi maddələrə həssas olan təbəqə ilə örtülüb. Ağızın yuyulması ilə bu xarici təbəqə məhv olur. Bundan sonra virusun hüceyrələrə daxil olması və təsir göstərməsi mümkünsüz olur. Professor Levent Yamanel bildirib ki, bakteriya və virusların bədənə daxil olması üçün ağız və burnumuz qapı rolunu oynayır. O, İngiltərənin araşdırmasını məntiqli hipotez adlandırıb: "Əl gigiyenasında alkoqol əsaslı dezinfeksiyaedici maddələri sabunla qarışdıraraq yağ qatını pozub virusun qarşısını almağa çalışırıq. Buna görə ağız gigiyenasında yaxalayıcının istifadəsi məqsədəuyğundur. Xüsusilə xlorid hidrogen yodu olan məhlullar olmadıqda şoran maddə və ya sirkə ilə yumaq məntiqlidir ", - deyə Yamanel qeyd edib. Alimlər son nəticə üçün klinik sınaqlara başlamağı tövsiyə edirlər. Ancaq həkimlər əl gigiyenası ilə yanaşı ağız gigiyenasına da diqqət yetirməyi məsləhət görürlər. Bunun üçün səhər və axşam dişləri fırçaladıqdan sonra ağızı gigiyenik maddə ilə yaxalamaq kifayətdir.(publika)
Ağız yaxalayıcısı koronavirusdan qoruya bilər? - MARAQLI ARAŞDIRMA



Ağız xərçənginin ilk əlamətləri nədir?
Ağız qoxusunun qarşısını alan İNANILMAZ ÜSULLAR
Ağız qoxusundan xilas yolları - Oruc tutanlara tövsiyə
Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA
Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?
COVİD-19-un daha bir simptomu AŞKARLANDI
Çoxlu su içmək koronadan qoruyur?
Ağız qoxusunun qarşısını alan SADƏ QAYDALAR
COVID-19 ölümlərindən XİLAS YOLU
Xarab dişlər bu ağır xəstəliyin riskini artırır
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - VİDEO
Dili təmizləmək ziyanlıdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 