“Dismorfofobiya psixi problemdir. Gənc insanlarda daha çox olur. Öz bədəninin müəyyən hissələrini bəyənmirlər, nəzərəçarpmayan, kiçik defektlərə görə ciddi narahatlıq keçirirlər. Gah dodaqları ehtiyac olmadan böyüdür, gah subay qız olmasına baxmayaraq, süd vəzilərini böyüdür, gah da popoplastika və s. Plastik, estetik cərrahların əsas pasientləridir bunlar. Hansı ki, əslində psixiatra getməlidirlər”.
ONN media xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Tanınmış həkim mayın 11-də “Baku Medical Plaza”da əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadənin plastik cərrah Sirus Qoçxani tərəfindən həyata keçirilən əməliyyat zamanı dünyasını dəyişməsinə münasibət bildirib:
“Qeyd edim ki, plastik cərrahlar belə xəstələrə görə çoxlu pul qazansa da, problem də çox yaşayırlar. Çünki hamısında xroniki narazılıq sindromu olur, zatən heç nəyi bəyənmirlər, əməliyyat nəticəsindən də nadir hallarda razı qalırlar. Bəzən eyni nahiyəni bir neçə plastik cərraha təkrarən əməliyyat etdirirlər və s.
Hər bir əməliyyat kimi plastik əməliyyatlarda da ağırlaşmalar və ölüm riski var. Bu ağırlaşmaları fəsad kimi qələmə vermək, həkimin nüfuzunu aşağı salmaq savadsızlıqdan digərlərinə zərər verməkdir. Məsələn, popoplastikadan cavan qız ölürsə, bu çox güman ki, yağ emboliyasına görədir, bu bir ağırlaşmadır, cərrahın ya, anestezioloqun səhvi deyil. Sadəcə bu tipli ağırlaşmaları əməliyyatdan öncə xəstəyə və yaxınlarına yaxşı izah etmək lazımdır, yazılı iltizam alınmalıdır ki, baş verə biləcək fəsadlara görə cərrah, ya anestezioloq məhkəmələrdə sürünməsin”.
Məlumat üçün bildirək ki, bu, Sirus Qoçxaninin əməliyyat masasında baş verən birinci ölüm hadisəsi deyil



3 xanımın ölümünə səbəb olan həkim niyə cəzalanmır?
“Baku Medical Plaza”nın etirafı - "Ölən qız..."
Şeyma Subaşı xəstəxanalıq oldu - BUNA GÖRƏ...
Azərbaycanlı plastik cərrah həbs edildi
Plastik əməliyyat etdirənlərin NƏZƏRİNƏ
Daha bir ölkə plastik paketlərdən imtina etdi
"Barbie"yə bənzəmək üçün sərvət xərcləyir
Dünya bunlardan imtina edir
Estoniyada plastik tullantılardan yol çəkildi
Əməkdar artist 69 yaşında plastik əməliyyat etdirdi
Pandemiya bu halda bitəcək - Həkim AÇIQLADI
Həkim öz işçisini əməliyyat etdi, qadın öldü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 