Uzun illər düşmən tapdağında qalan torpaqlarımızın azad olunması istiqamətində ordumuzun başladığı əks-hücum əməliyyatları, bir sıra ərazilərimizin azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Artıq hər kəs vətən torpağının tamamilə yağı düşməndən təmizlənəcəyi günü səbirsizliklə gözləyir. Müxtəlif qurumlar, tanınmış şəxslər xalqımızı uzaqda olmayan zəfər gününə hazırlayır, desək, yanılmarıq. Belə addımlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atılıb. ETSN-nin mətbuat katibi İradə İbrahimova açıqlamasında bildirib ki, nazirliyin inzibati binasının qarşısındakı monitorda “Qarabağ Azərbaycandır” şüarı ilə Qarabağın hava durumunu və paytaxtdan bölgənin rayonlarına qədər olan məsafəni əks etdirən məlumatlar nümayiş etdirilir: “Monitorda hava durumu ilə bağlı məlumatlar həmin ərazinin simvolu sayılan və o bölgəyə məxsus tarixi və təbiət abidələrini əks etdirən fotoşəkillər də yer alıb. Məqsəd Dağlıq Qarabağ bölgəsinin hava durumu ilə yanaşı, bu əraziləri təbliğ etmək və onun təbii, tarixi potensialı ilə bağlı əhalini bir daha məlumatlandırmaqdır”. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının yazarı, professor Kürşad Zorlu da “Twitter” səhifəsində Bakıda olduğu zaman yolda bəzi monitorların diqqətini çəkdiyini bildirib: “İşğal altında olan və işğaldan azad edilən torpaqlara neçə kilometr qaldığını yazan tablolar vardı. Bu, çox mənalı idi”.
“Xocalıya 382 km qaldı, Ağdamda yağış yağacaq”: Nazirlikdən duyğulu addım - FOTO



Muxtar Babayevdən YENİ TƏYİNAT
Günün ikinci yarısından hava pisləşəcək - Qərargahlar yaradılıb
Reza Deqati Füzuli hava limanının görüntülərini paylaşdı - VİDEO
Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI
Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI
İşğaldan azad olunmuş ərazilərdə ağac əkini davam edir
Azərbaycanda daha bir vəzifəli şəxs saxlanılıb?- Rəsmi
“Təhlükəli hava ilə bağlı xəbərdarlıq nəticə verib ” - Nazirlik
Nazirlik yanğın təhlükəsi ilə bağlı MƏLUMAT YAYDI
Nazirliyin binasında tüstülənmə baş verib - RƏSMİ
Qarabağla bağlı ümidimizi kəsmirdik - Umayra Tağıyeva
ETSN: Qubada ayının hücum etdiyi ərazi nəzarətə götürüldü
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 