Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin narazılığı ilə bağlı məlumat yayıb.
ONN media xəbər verir ki, məlumatda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, 5 iyul tarixindən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb.
O qeyd edib ki, aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5,040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib: “12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək.
Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaqdır. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir.
Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər”.



Təhsil İnstitutu narazı müəllimlərə müraciət etdi
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
DİQQƏT- Tarixlər açıqlandı
Müəllim işləmək istəyən namizədlər üçün keçid balı nə qədər olacaq - AÇIQLAMA
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının dəqiq tarixləri AÇIQLANDI
DİQQƏT- MİQ üzrə imtahan nəticələri açıqlandı
MİQ imtahanı yenidən keçiriləcək
Bu tarixdə MİQ imtahanı verənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu qaydalarına DƏYİŞİKLİK EDİLİR - FOTO
Nazirlikdə işə düzəlmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiyalar
MİQ imtahanının nəticələri açıqlandı
Müəllimlərin təkrar imtahanların vaxtı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 