Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında keçid balının ötənilki səviyyədə olacağı gözlənilir. ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə bugündən başlayan test imtahanları iyulun 24-ə kimi davam edəcək. Ümumilikdə, 15 gün ərzində hər gün 3200 namizədin imtahan verməsi planlaşdırılır. İndiyədək namizədlərin davamiyyətinin 83 faiz təşkil etdiyini deyən M.Camalzadə əlavə edib ki, əvvəlki illərdə keçid balları həvəsləndirmə tədbirləri tətbiq edilən vakant yerlər üçün 36, həvəsləndirmə tədbirləri tətbiq edilməyən vakant yerlər üçün 48 olub: "Güman edilir ki, bu il də keçid balları həmin səviyyədə qalacaq". Qeyd edək ki, ilk imtahan alman dili və tarix üzrədir. Fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
Müəllim işləmək istəyən namizədlər üçün keçid balı nə qədər olacaq - AÇIQLAMA



Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
DİQQƏT- Tarixlər açıqlandı
Müəllim olmaq istəyənlər imtahan verir
DİQQƏT- Keçid balları açıqlandı
Müəllimlərin keçid balları ilə bağlı RƏSMİ AÇIQLAM
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının dəqiq tarixləri AÇIQLANDI
Naxçıvanda müəllimlərin işə qəbul imtahanı keçirilir
Bu gün müəllimlərin işə qəbul imtahanı keçiriləcək
Nazirlikdə işə düzəlmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiyalar
DİQQƏT- Vakansiya seçimi bu tarixdə başlayacaq
MİQ üzrə müsahibə mərhələsi başlayır
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 