Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı Rüstəm Muradovun postunu müvəqqəti icra edən general-mayor Mixail Kosobokovun vaxtında Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ilə üzbəüz ərazilərdə yerləşən, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarındakı qurulan 10-a yaxın erməni səngəri, müşahidə məntəqəsi boşaldılıb, erməni silahlıları çıxardılıb və həmin mövqelər partladılıb.
ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi mütəxəssis Ədalət Verdiyev deyib.
Mütəxəssis bildirib ki, sözügedən mövqelərdə artıq UAZ Patriot markalı maşınlarla rus sülhməramlıları patrul xidmətini həyata keçirirlər:
“Əslində bu proses elə ilk gündən, yəni rus sülhməramlılarının ərazilərimizə yerləşdirilməsilə paralel olaraq baş verməli idi. Düzdür, Kəlbəcər, Ağdam, Laçın rayonlarında, eləcə də Qubadlı və Zəngilan rayonlarının 100-ə yaxın kəndindən erməni silahlıları tamamilə çıxarıldı. Amma yeni ildən sonra bu proseslərdə ləngimə gördük. Yalnız ləngimə deyil, həm də erməni silahlıları rus sülhməramlılarının gözü önündə Azərbaycan torpaqlarında səngər qazdılar, möhkəmləndilər. Bir neçə dəfə atəşkəsi pozdular, eyni zamanda, Azərbaycan hərbçilərindən xəsarət alan da oldu. Buna qarşı Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq, bəyanat da səsləndirib”.



Rusiya sülhməramlılarının yeni komandanı İrəvana getdi
Qarabağdakı sülhməramlılara yeni rəhbər təyin olundu
SON DƏQİQƏ: Qanunsuz erməni silahlıları ordumuzu atəşə tutdu
Qarabağdakı erməni sakin əsgərlərimizə sığındı
Erməni silahlıları Ağdam, Xocalı və Xocavənd istiqamətində təxribat törətdi
Erməni silahlıları Xocalı və Xocavəndin kəndlərini atəşə tutub
SON DƏQİQƏ: Ordumuz atəşə tutuldu
Muradov xüsusi tapşırıqla təcili İrəvana gedir
Şuşa atəşə tutuldu, bəs ordumuzun cavabı necə olacaq?
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
Azərbaycanda 62 əsir var – Erməni deputat
Qarabağdakı erməni terrorçu özünü güllələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 