Böyük Britaniyadakı müxalif Leyboristlər Partiyasının sözçüsü Reyçl Rivz ölkədə koronavirusa yoluxma hallarının sürətlə artdığını, ekspertlər isə bizi qarşıda ən pis qışın gözlədiyini açıqlayıb.
ONN media xəbər verir ki, Rivz artan yoluxmalar fonunda hökumətin təcili B planına keçməsini təklif edib. BBC-nin Endryu Marr şousuna qatılan Rivz deyib ki, hökumət A planını gerçəkləşdirməkdən daha çox iş görməlidir.
Baş nazir Boris Conson və Səhiyyə naziri Sacid Cavid isə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, daha sərt məhdudiyyətlərə keçməməkdə günahlandırılır. İngiltərədə qış mövsümündə COVID-19 ilə mübarizə planı çərçivəsində hazırlanan strategiyaya əsasən, hazırda qüvvədə olan A planı davam edir. Plana əsasən, təxminən 30 milyon nəfər gücləndirici peyvəndlər vurdurmalıdır, 12-15 yaşlı sağlam yeniyetmələrə bir doza kifayətdir, həmçinin qapalı məkanlarda maska taxmaq şərtdir.
Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid qış aylarında ölkədə koronavirusa yoluxanların sayının gündə 100 minə çata biləcəyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, səhiyyə işçiləri hökuməti qışda "böhrandan" qaçmaq üçün təcili olaraq bəzi tədbirlər görməyə çağırıb. Lakin hökumət bütün bu çağırışlara laqeyd qalmaqda və adekvat tədbirlər görməməkdə ittiham olunur.



Daha bir ölkədə maska rejimi təkrar tətbiq edildi
Maliyyə naziri İSTEFA VERDİ
COVID-19-la bağlı XƏBƏRDARLIQ GƏLDİ
Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü
Bu ölkədə daha bir nəfər koronavirusa yoluxdu
Gürcüstanda koronavirus TƏHLÜKƏSİ: Uşaqlar arasında yoluxma artdı
Boris Conson cərimələnəcək - NİYƏ?
Azərbaycanda COVID-19-la bağlı vəziyyət necədir? - AÇIQLAMA
Yoluxma sayının artması... - Nazirlik AÇIQLADI
Bu ölkədə koronavirusa yoluxanların sayı 200 mini ötdü
Rusiyada COVID-19-la bağlı vəziyyət çox pisdir - PESKOV
Boris Consonun son vəziyyəti necədir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 