Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir. Vətəndaşlar hamilə qadınların niyə hamiləliyin 12 həftəsindən sonra peyvənd olunması məsləhət görülməsini sual edirlər.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev deyib. Onun sözlərinə görə,12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır:
"Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır.
COVID-19 peyvəndlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olduğu bütün hallarda COVID-19 peyvəndlərinin istifadəsini tövsiyə edir.
Aparılan təcrübələrin nəticələri və COVID-19 peyvəndi tətbiq edildikdən sonra əldə edilən məlumatlar peyvəndin hamiləlikdə zərərli təsirlərinin olmadığını göstərdi. Eynilə, hamiləlik dövründə peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu ortaya qoydu".



Azərbaycanda hamilələrin vaksinasiyasına başlanılır - RƏSMİ
"COVID-19 peyvəndi sonsuzluğa səbəb olurmu" sualına nazirlikdən CAVAB
Hamilə qadınlara peyvənd vurulması… – TƏBİB
Hamiləliyin müxtəlif dövrlərində koronavirusa yoluxmanın təhlükələri açıqlandı
Yaşı 12-dən çox olan uşaqların vaksinasiyası ilə bağlı vacib açıqlama
Hamilə qadınlar niyə duzlu qidalar istəyir?
Azərbaycanda bu yaşda uşaqlara da VAKSİN VURULACAQ - QƏRAR VERİLDİ
12 yaşdan yuxarı uşaqlara məcburi peyvənd vurulacaq? - RƏSMİ AÇIQLAMA
Cütlüklərə XƏBƏRDARLIQ: “Hamiləliyi təxirə salın”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 