Hamiləlik zamanı bir çox qadınların qida vərdişləri dəyişilir. Bu xüsusilə duzlu qidalara aiddir. Hamilə qadınların əksəriyyəti şorabalar, duzlu krekerlər, duzlu çərəzlər kimi məhsulları həddindən artıq çox yeyirlər. Əvvəllər qadında duzlu qidalara meylliliyin artması hətta “hamiləlik testi” funksiyasını yerinə yetirirdi. Şoraba istədin, deməli hamiləsən. ONN media bildirir ki, tibb baxımından bu fenomenin elmi izahı var. Məsələ burasındadır ki, hamiləliyin əvvəlində qadın orqanizmində proqesteron hormonunun səviyyəsi yüksək olur. Proqesteron dölün uşaqlığın divarına implantasiya etməsini (yapışmasını) təmin edir. Digər tərəfdən proqesteron damarları genişləndirir və bu da təzyiqin düşməsinə səbəb olur. Məhz bu səbəbdən qadınlar hamiləliyin əvvəlində özünü halsız, zəif, yorğun və yuxulu hiss edirlər. Təzyiqin qalxması üçün orqanizmdə natriumun səviyyəsini qaldırmaq lazımdır. Natriumun əsas mənbəyi isə duzdur. Beyin müəyyən siqnallar verir ki, nəticədə qadın daha çox duzlu qidaları, şorabaları yeməyə başlayır.
Hamiləlik inkişaf etdikcə proqesteronun səviyyəsi tədricən düşür, təzyiq normallaşır və duza olan tələbat da azalır.Hamilə qadınlar niyə duzlu qidalar istəyir?



Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB NƏDİR?
Hamiləlik zamanı mütləq diqqət edin...
Duzlu kələmin faydaları
Diş əti xəstəlikləri erkən doğumla nəticələnə bilər
Hamilə qadınlar niyə 12-ci həftədən sonra peyvənd olunmalıdır? - RƏSMİ CAVAB
Hamiləlik zamanı epilepsiya - DİQQƏT!
Duz sizi necə öldürür? - Duzlu yeyənləri gözləyən TƏHLÜKƏLƏR
Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir - ELMİ ARAŞDIRMA
Onkoloq açıqladı- Duzlu yemək...
Duz hansı xəstəliyə yol açır?
Bu mineral çatışmazlığı qadın və uşaqları öldürə bilər
Evlənəndən sonra niyə kökəlirik? - İnanılmaz səbəblər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 