Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, iyul ayının birinci ongünlüyünün ortalarında temperaturun iqlim normasına yaxın və havanın nisbətən sərin keçməsinə baxmayaraq, ümumiyyətlə, ay ərzində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. İyul ayının birinci ongünlüyündə arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 36-41, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 6-16 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 36-73 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-43 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 3-22 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 7-33 mm) olacağı gözlənilir.



İyunda temperatur 39 dərəcəyə çatacaq
Mart ayında 21 dərəcə isti olacaq
May ayında hava necə olacaq?
Mayda hava necə olacaq? — AYLIQ PROQNOZ
Mayda hava necə olacaq?
Aprel ayında hava necə olacaq?
İyun ayı üçün gözlənilən hava proqnozu açıqlandı
Aprel ayına olan HAVA PROQNOZU
Mart ayına olan hava PROQNOZU
Sentyabrın hava proqnozu açıqlandı
Temperatur 42 dərəcəyə çatacaq - AYLIQ HAVA
Oktyabrın ilk günü hava necə olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 