Oktyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlükdə hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 14-19, gündüzlər 20-25, bəzi günlərdə 27 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-40 mm) gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 8-13, gündüzlər 20-25, bəzi günlərdə 28-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-32 mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 13-18, bəzi günlərdə 5-8 dərəcə isti) gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (49-56 mm) gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23, bəzi günlərdə 25-27 dərəcə isti) gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Oktyabrın ilk günü hava necə olacaq?



Oktyabrda hava necə olacaq?
May ayında hava necə olacaq?
Mart ayında 21 dərəcə isti olacaq
Aprel ayında hava necə olacaq?
Apreldə hava necə olacaq?
Fevralda hava necə olacaq?
Avqustda hava necə olacaq?
Mayda hava necə olacaq? — AYLIQ PROQNOZ
Mayda hava necə olacaq?
Temperatur 42 dərəcəyə çatacaq - AYLIQ HAVA
Apreldə hava necə olacaq?
Sentyabrın hava proqnozu açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 