Azərbaycanın müvafiq strukturları artıq indidən payız mövsümündə mümkün leysan və hətta sellərə hazırlaşmalıdırlar.
ONN media xəbər verir ki, bu barədə azərbaycanlı ekoloq, Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda payız artıq başlayıb və daha istiləri gözləmək lazım deyil.
“Azərbaycanda hədsiz yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsaslar var. Bəzi hallarda yağıntılar iqlim normasını aşacaq”, - deyə Zeynalov bildirib.
O qeyd edib ki, Sovet İttifaqı dövründən Azərbaycanda iqlim dəyişmələri normal öyrənilməyib:
“İqlimə stratosferdəki hava axınları təsir göstərir. Onlara Rossbi dalğaları deyilir. Bu, havaya ciddi təsir göstərən yuxarı küləklərin nəhəng əyriləridir. Azərbaycanda dəqiq uzunmüddətli proqnoz verə bilmirlər, çünki bu hava axınlarını heç kim öyrənmir.
Bu günlərdə Ekologiya Nazirliyində oldum və orada meteoroloqlarla söhbət etdim. Onlar özləri etiraf edirlər ki, xarici mənbələrdən materiallar götürürlər. Azərbaycandakı müşahidə məntəqələri də yanlış, lazım olmayan yerlərdə qurulub”, - deyə ekoloq vurğulayıb.
Hələ payızda yayın hava proqnozunu termometrlərin göstəricilərinədək düzgün verən Zeynalov vurğulayıb ki, bu qış Azərbaycanda şaxtalı hava iqlim normasından bir neçə dərəcə aşağı olacaq.
Qeyd edək ki, Azərbaycanda rekord aşağı temperatur göstəricisi – 11 dərəcə şaxta Bakıda, 8 fevral 2012-ci il tarixində qeydə alınıb.



Bu tarixdən Azərbaycanda güclü yağışlar başlayır
Ölkədə 45 dərəcə isti gözlənilir - Quraqlıq PROQNOZU
Azərbaycana sərt qış gəlir - XƏBƏRDARLIQ
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Qarşıdakı 4 gündə...
Alimlər içməli su ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALIR
Sentyabrın sonuncu həftəsi hava necə olacaq?
Əhaliyə xəbərdarlıq- Dəhşətli istilər gəlir
Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb
Mayda hava necə olacaq? — AYLIQ PROQNOZ
Soğandan sonra kartof da bahalaşır?
Azərbaycanda növbəti qış sərt keçəcək? - Rəsmi
Azərbaycanda sel və daşqınların sayı kəskin artıb - Nazir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 