Ötən il Azərbaycanda yay fəsli o qədər də isti keçmədi. Havaların intensiv küləkli və sərin keçməsi insanların çimərliklərə üz tutmasına da əngəl yaratdı.
ONN media xəbər verir ki, bu ilin yayının isə daha isti keçəcəyi gözlənilir. Bununla bağlı Ümumdünya Hidrometerologiya Xidməti də məlumat yayıb.
Mövzu barədə danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, qlobal iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, eləcə də, bütün dünyada yay fəslində isti hava dalğalarının intensivliyi artmaqdadır:
“Hər il müəyyən aylarda istilərlə bağlı rekord göstəricilərlə rastlaşırıq. Hər ay yay mövsümü öncəsi mətbuatda belə yazılarla rastlaşırıq. “Son 10 ilin, yaxud da, 20 ilin isti yayı gözlənilir”.
Xidmət rəisi ölkəmizlə müqayisədə Avropa ölkələri üçün normal olmayan temperaturun da olmasından söz açıb: “Ümumdünya Hidrometerologiya Xidməti şimal yarımkürəsi üçün isti hava proqnozalaşdırsa da bu o demək deyil ki bütün şimal bölgəsinə aiddir. Məsələn, son illərdə iyun ayında ölkəmizdə kəskin istilər müşahidə olunmur. Bəzi şimali Avropa ölkələrində havanın temteraturu 30 dərəcədən çoxdursa, onlar üçün bu yüksək göstəricidir. Bunun da səbəbi var. Hər bir ölkə üçün səciyyəvi olan iqlim şəraiti mövcuddur. Azərbaycanda isə temteraturun 30-dərəcədən yuxarı olması səciyyəvidir. Yəni, biz bu temteratur rejiminə öyrəşmişik”.
Umayra Tağıyeva proqnozlaşdırılan istilərdən də danışıb: "Qarşıda isti dövrlər gözlənilir. İyul, avqust ayında havaların kəskin isti olacağı istisna olunmur. Əgər keçmişdə bu proseslər 1-2 gün davam edirdisə, indi isti hava dalğaları bir həftəyədək uzanır. Bu da insanların sağlamlığı üçün müəyyən risklərlə nəticələnir. Belə olduğu üçün də hidrometeoroloji təminatın və bizim sahənin əhəmiyyəti artır. Nəinki Azərbaycanda, bütün dünyada bu proseslər ciddi müşahidə olunur



İsti hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: gələn həftə...
Temperatur 20 dərəcəyədək artacaq - Anomal istilər gəlir
Sabahın havası açıqlandı
İsti hava nə vaxta kimi davam edəcək?
Fevralda hava necə olacaq?
May ayında hava necə olacaq?
Oktyabrın ilk günü hava necə olacaq?
Temperatur 42 dərəcəyə çatacaq - AYLIQ HAVA
Mayda hava necə olacaq? — AYLIQ PROQNOZ
40 dərəcə isti: Neçə gün davam edəcək?
Bakıda temperatur iqlim normasından yuxarı olub
Aprel ayında hava necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 