Sabah, dekabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONNmedia-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə dekabrın 21-də bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.



Sabah HAVA NECƏ OLACAQ?
Sabah hava buludlu olacaq
Sabahın HAVASI AÇIQLANDI
Sabah hava necə olacaq?
Sabahın hava proqnozu açıqlandı
Bu gün Bakıda güclü külək əsəcək
Dekabrın 30-da gözlənilən hava şəraiti AÇIQLANDI
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı- Qar, yağış, buz...
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Sabah hava necə olacaq?
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
Sabah Bakıya yağış yağacaq
Azərbaycan Venesuelaya başsağlığı verdi
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı 