Növbəti iş həftəsinin ilk iş gününün hava proqnozu açıqlanıb.
ONN media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə duman, çiskin gözlənilir. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər və gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-11° isti olacaq.



Sabah hava necə olacaq? - PROQNOZ
Həftənin ilk iş günü hava necə olacaq?
Bayram günləri ölkədə hava necə olacaq? - PROQNOZ
Bazar günü hava necə olacaq?
İstirahət günlərində HAVA NECƏ OLACAQ?
Sabah HAVA necə olacaq?
Sabaha olan hava proqnozu
Sabahın havası açıqlandı
Sabahın hava proqnozu açılanıb
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlandı
İstirahət günlərinin HAVASI AÇIQLANDI
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 