"Qış fəsli ərzində ayrı-ayrı dövrlərdə havanın temperaturu aşağı enəcək".
ONN media xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, son illərin məlumatı onu göstərir ki, Bakıda və Abşeron yarımadasında, respublikanın rayonlarında şaxtalı günlərin və gecələrin sayı azalıb:
"Biz baza illər olan 1961-1990-ci illər arasında müqayisə aparırıq. Eyni zamanda, 1991-2017-ci ilin məlumatlarını qiymətləndirmişik. Nəticədə, müəyyən olunub ki, Bakı şəhərində yalnız dörd ildə 1964, 1969, 1972 və 1977-ci illərdə havanın orta minimal aylıq temperaturu mənfi 0,4-2,3 dərəcə şaxta təşkil edib.
1991-2017-ci illər arasında isə yalnız bir dəfə - 2008-ci ildə orta minimal aylıq temperatur mənfi 1,4 dərəcə şaxta olub. Ümumiyyətlə, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefinə və Xəzər dənizinin yaxın olmasına görə qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil”.
Umayra Tağıyeva bildirib ki, Avropa ortamüddətli proqnozlar Mərkəzinin apardığı nəticələr göstərir ki, bizim regionda bu qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1 dərəcə yuxarı olacaq:
"Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq, şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək”.
Nazirlik rəsmisi qeyd edib ki, meteoroloji müşahidələrə görə, fevral ayında günlərin sayı bir qədər az olmasına baxmayaraq, Azərbaycanda bu ayda şaxtalı günlərin sayı daha çox olur:
"1961-ci ildən 2017-ci ilə qədər məlumatlar təhlil olunub. Müəyyən edilib ki, bu dövr ərzində fevral ayında Bakı və Abşeron yarımadasında cəmi 302 gün şaxtalı hava temperaturu müşahidə edilib.
Bu da yanvar ayı ilə müqayisədə 18 gün çoxdur. Dekabr ayında isə bu göstərici xeyli aşağı olub. 1961-1990-cu ilə nəzər salsaq, ən soyuq ay yanvar ayıdır”.



Qışın mülayim keçməsinin səbəbləri... - Açıqlama
Bayram günləri Bakıda hava necə olacaq?
Azərbaycana kəskin soyuqlar gəlir
Dekabr ayında hava necə olacaq?
Builki oktyabr ANOMAL isti keçir- SƏBƏB?
Ən çox yağıntı hansı əraziyə düşüb?
Yanvar ayına olan hava proqnozu AÇIQLANDI
Yanvarın havası: Bakıda 2 dərəcə şaxta olacaq
Bakıya bu tarixdə QAR YAĞACAQ
Fevralda hava necə olacaq?
Umayra Tağıyevadan hava şəraiti ilə bağlı AÇIQLAMA
Bu ərazilərdə 12 dərəcə şaxta olacaq - PROQNOZ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 