Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində dekabrın 31-də - Yeni il gecəsində gözlənilən hava proqnozunu açıqlayıb.
Departamentdən ONN media -ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə çiskinli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun 2-4° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında qar yağacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2-5°, dağlıq ərazilərdə 8-10° şaxta olacağı bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 3-8° şaxta olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində hava yağıntılı olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 0-5°, dağlarda 10-15° şaxta olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında isə havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində hava çiskinli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun 0-4° isti olacağı ehtimalı var.



Bazar günü hava necə olacaq?
Həftənin ilk iş günü hava necə olacaq?
Sabahın havası- YAĞIŞLI, ÇİSKİNLİ
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ AÇIQLANDI
Sabah hava necə olacaq? - PROQNOZ
Bazar günü hava necə olacaq?
Sabaha olan hava proqnozu
Hava ilə bağlı XƏBƏRDARLIQ- SABAH...
İlk iş günü hava necə olacaq?
Sabaha olan hava proqnozu
Bayram günlərində hava necə olacaq?
Həftənin ilk iş günü hava necə olacaq?
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 