ONN İnformasiya Agentliyi

Ərdoğan bəyan etdi: “Qarabağ”ın matçı…” 

Ərdoğan bəyan etdi: “Qarabağ”ın matçı…” 
18 Noyabr 2020 - 19:33

“Qarabağ”ın UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə “Sivasspor”la keçirəcəyi ev oyununa azarkeş buraxılmayacağı dəqiqləşib.

ONN media  xəbər verir ki, buna ölkədə koronavirus pandemiyasına görə azarkeşlərlə bağlı qadağa qərarının qüvvədə saxlanılması səbəb olub.

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı bildirib ki, idman yarışları azarkeşsiz keçirilməyə davam edəcək. O, həmçinin mini-meydanların fəaliyyətinin də müvəqqəti dayandırılacağını açıqlayıb.

Bir müddət öncə Türkiyə Futbol Federasiyası oyunlarda məhdud sayda azarkeşin iştirakına icazə verilə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png