Bu gün Azərbaycan Respublikası Prezidentinin seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.
ONN media-nın məlumatına görə, toplantı Azərbaycan dövlət himninin səslənməsi və Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi illə başlayıb.
Tədbirin moderatoru Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov gənclərin prezidentliyə namizədinin həmişəki kimi Azərbaycan prezidenti İlham Əliyev olduğunu bildirib.
Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Yunan-Roma güləşi üzrə Avropa çempionu, Birinci Avropa Oyunlarının qalibi Rəsul Cunayev idman sahəsində qazandığı uğurların əsasında prezident İlham Əliyevin gənclərə gənclərə, idmana diqqət və qayğısının durduğunu vurğulayıb: "Bu uğurların davamlı olması üçün hamımız prezident seçkilərində İlham Əliyevə səs verək".
"Qarabağ" klubunun futbolçusu Mahir Mədətov hər bir gənc kimi ən böyük arzunun Dağlıq Qarabağı işğaldan azad edilmiş görmək olduğunu söyləyib: "Bu arzumuza çatmaq üçün hər birinizi prezident İlham Əliyevə səs verməyə çağırıram".
Daha sonra Azərbaycanın hər iqtisadi regiondan bir gəncə çıxış edib, regionların inkişafı, gənclərə qayğıdan, Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından söz açıb, region gənclərinin prezident seçkilərinə İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.



Ölkə başçısı -“Gənclərimizlə fəxr edə bilərik”
Əliyev Meloni ilə görüşdü
İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
İlham Əliyevə “Liderlik Mükafatı” təqdim olundu
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Prezidentlə Hacı Əliyev arasında maraqlı dialoq: Yaxşı ki, qalmısan...
Prezident Vasif Talıbovla görüşdü
İlham Əliyevə Dünya Güləş Birliyinin ali mükafatı təqdim edilib
Prezident Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 