Belarusda danışılmış oyunlarda iştirak edən şəxslər cəzalandırılıb.
ONN media Apasport.az saytına istinadən xəbər verir ki, Belarus Futbol Federasiyasının Etika Komissiyasının diskvalifikasiya etdiyi futbol adamlarının sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Vladimir Makovski də yer alıb.
“İnter”in (hazırkı “Keşlə”) sabiq hücumçusu 2013-2016-cı illərdə çalışdırdığı “İsloç”dakı əməllərinə görə komitənin “qara siyahı”sına düşüb. Bu üzdən də ona ağır sanksiya tətbiq edilib. Belə ki, 41 yaşlı çalışdırıcı futboldan ömürlük uzaqlaşdırılıb.
Onunla birlikdə “İsloç”un formasını geyinmiş Aleksandr Tişkeviç, Aleksandr Lebedev, Andrey Porıvayev, Yuri Rıjko, həmçinin Sergey Şumanov, İqor Juravlyov (hər ikisi “Luç”), Vitali Jeludok, Vyaçeslav Palaznik, Yeqor Qudel, Aleksey Sakoviç (hamısı “Oşmyanı-BQUFK”) və İlya Qavrilov (“Qranit”) da eyni cəzaya məruz qalıb.
Vladimir Makovski qardaşı Mixail Makovski ilə birlikdə 2005-2006-cı illərdə Azərbaycan çempionatında oynayıb. Futbolçu karyerasını 2012-ci ildə bitirən Vladimir dərhal məşqçiliyə başlayıb.
Qeyd edək ki, Vladimir Makovski Belarus millisində 28 matçda 4 qol vurub.



Azərbaycanda 7 nəfər futboldan uzaqlaşdırıldı
Lukaşenko prezident seçkilərində səs verdi
Azərbaycan futbol tarixinin rəmzi komandası açıqlandı - ADLAR
Azərbaycan klubuna sanksiya tətbiq oluna bilər
Ukrayna futbolunda qalmaqal - 50 nəfər saxlanıldı
SON DƏQİQƏ – Millimizin futbolçusu həbs edildi
Azərbaycan idmançıları SƏRT CƏZALANDIRILDI
AFFA-da danışılmış oyunlarla bağlı növbəti SEMİNAR
Zelenski bu şəxslərə sanksiya tətbiq etdi
Belarusda GƏRGİNLİK DAVAM EDİR: 41 nəfər saxlanıldı
Messi Argentina yığmasına qayıtdı
Lukaşenko oğluna bu vəzifəni verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 