“Beşiktaş” mövsüm sonunda müqavilə müddəti bitən “Bavariya”nın ulduzu Aryen Robbeni transfer etmək niyyətindədir.
ONN media xəbər verir ki, bu barədə “Beşiktaş”ın sabiq oyunçusu Baki Mərcimək məlumat yayıb.
Futboldan uzaqlaşdıqdan sonra menecerliyə yönələn B.Mərcimək Robbenin “Beşiktaş”a gəlmə ehtimalınlın 50% olduğunu deyib. Menecer bildirib ki, hollandiyalı ulduz da Türkiyə çempionuna keçməyə müsbət baxır.
O, hazırda “Beşiktaş” forması geyinən həmvətənləri Rayn Babel və Ceremin Lenslə görüşərək klub haqqında bilgi alıb. Transfer detallarını düşünmək üçünsə klubdan müddət istəyib.
“Ağ-qaralar” Robbenə 2 illik sözləşmə təklif etmək niyyətindədir. Tərəflər transferdən məmnun qalarsa, müqavilə müddəti 1 il də uzadılacaq.
2009-cu ildən bəri “Bavariya” forması geyinən hollandiyalı ulduz bu mövsüm Bundesliqada 18 matça çıxaraq 4 qol vurub, 5 məhsuldar ötürmə edib. Çempionlar Liqasında 6 oyuna çıxan Robben 387 dəqiqə meydanda qalıb.
Karyerası ərzində “Qroningen”, PSV, “Çelsi” və “Real”ın formaları ilə tər tökən Robben 462 matçda 184 qola imza atıb.



“Beşiktaş”dan bu yayın ilk transferi
“Beşiktaş” Azərbaycana gəlir
Futbolçu Aryen Robben karyerasını başa vurdu
"Bavariya"nın ulduzu ilə bağlı xəbər yayılıb
"Beşiktaş"dan GURULTULU TRANSFER
"Beşiktaş" "Qarabağ"ın qapıçısını alır - Danışıqlar başlandı
“Beşiktaş” Arda Turanı almaq istəyir?
"Beşiktaş" yapon futbolçunu ələ keçirməyə çalışır
Messi razılığa gəldi- MÜQAVİLƏ UZADILDI
“Barselona”nın təklifini rədd etdi - Türk ulduz "Fənərbağça"ya keçir
Kuarejma “Beşiktaş”dan ayrılır?
Türkiyə Superkubokunun qalibi bəlli oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 