“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.
Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk komanda Sumqayıt “Xəzər”i 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001-ci illər mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. “Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.



“Qarabağ” son 25 ilin rekorduna imza atdı
“Qarabağ”dan rekord
“Qarabağ”dan TARİXİ REKORD
"Qarabağ" " Zirə" ni darmadağın etdi
"Qarabağ”dan REKORD göstərici
"Neftçi"dən YENİ REKORD
"Qarabağ" yenidən Azərbaycan çempionu oldu
Azərbaycan futbolunda tarixi rekord
Bu gün Premyer Liqada derbi keçiriləcək
"Neftçi" mövsümün ilk qələbəsini qazandı
"Qarabağ" "Neftçi" ni məğlub etdi
"Qarabağ" növbəti dəfə məğlub oldu
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
Sabah Bakıya yağış yağacaq
Azərbaycan Venesuelaya başsağlığı verdi
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı 