ONN İnformasiya Agentliyi

III MDB Oyunları: Azərbaycanın beş karateçisi finala yüksəlib, dördü bürünc medalla kifayətlənib

III MDB Oyunları: Azərbaycanın beş karateçisi finala yüksəlib, dördü bürünc medalla kifayətlənib
3-10-2025, 17:41
Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.
Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) adını bu raunda yazdırıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
*** 16:26
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalı təmin edib.
buna karateçilər Mədinə Sadiqova ilə Nəzrin Piriyevanın (hər ikisi 55 kq) finala yüksəlməsi səbəb olub.
Budan əlavə, Fərid Savadov (60 kq) da adını həlledici döyüşə yazdırıb.
Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png