İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
ONN media xəbər verir ki, yarışın ikinci günündə - iyulun 26-da 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Milli komandamızın üzvü Hüseyn Savadov (45 kq) ilk mərhələdə türk Ömər Altaşı üstələyib - 2:1. Ancaq dörddəbir finalda özbəkistanlı Şaxzod Ruzioxunova məğlub olub - 3:11. Rəqib finala yüksəldiyi üçün H.Savadov bürünc medal uğrunda rumıniyalı Yonut Mereutayla qarşılaşacaq.
Vədat Qasımlı (51 kq) startda erməni Armen Gevorqyandan güclü olub - 4:2. Lakin dörddəbir finalda özbəkistanlı Aytjan Xalmaxanovla bacarmayıb - 4:12. Rəqib finaladək irəliləyib. Bu da millimizin üzvünə 3-cü yeri tutmaq şansı verib. V.Qasımlı təsəlliverici görüşdə israilli Amare Feteneni sınağa çəkəcək.
Məhəmməd Qasımzadə (60 kq) təsnifat mərhələsində misirli Omar Murada (tuşe) uduzub.
Davud Məmmədov (71 kq) səkkizdəbir finalda ukraynalı Maksim Radikə (3:1), növbəti mərhələdə isə qazaxıstanlı Tahir Amangeldiyə (5:2) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ermənistanlı Ararat Varderesyanla üz-üzə gələn həmyerlimiz elə ilk hissədə qələbəni təmin edib. Cəmi 1 dəqiqə 12 saniyə ərzində 9:0 hesablı qələbəyə sevinən D.Məmmədov adını finala yazdırıb. Avropa çempionatının gümüş medalçısı həlledici görüşdə gürcüstanlı Anri Putkaradze ilə qarşılaşacaq.
Mikayıl İsmayılov (92 kq) səkkizdəbir finalda gürcüstanlı Gor Ayvazyana uduzub - 0:9. Rəqib finala yüksəldiyi üçün M.İsmayılov təsəlliverici görüşdə italiyalı Rikkardo Bufislə üz-üzə gələcək.
Bu çəki dərəcələrində təsəlliverici və medal uğrunda görüşlər iyulun 27-də keçiriləcək.



Daha iki güləşçimiz finala yüksəldi
Güləşçimiz Avropa çempionu oldu
Daha bir güləşçimiz Polşada bürünc medal qazandı
Güləşçilərimiz 1 qızıl, 2 bürünc medal qazandılar
İki güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi
Qadın güləşçilərimiz məğlub oldu
İki güləşçimiz Avropa çempionu oldu
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
Güləşçimiz erməniyə qalib gəldi
Daha bir yeniyetmə karateçimiz finala yüksəldi
İki güləşçimiz Avropa çempionatının FİNALINDA
Cəbrayıl Hacıyev dünya çempionu oldu
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 